Bakıda məşhur futbolçunun qohumu döyülüb - FOTO

 11:54 17.04.2021     659

Vaxtilə ölkəmizdə AZAL və "Turan Tovuz" kimi komandaların şərəfini qorumuş Nuqzar Kvirtiyanın qayınanasının evinə basqın olub.

Redaktor.az futbolçunun xanımı İnna Kvirtiyanın verdiyi məlumata istinadla xəbər verir ki, hadisə aprelin 8-dən 9-na keçən gecə Bakının Yasamal rayonunda baş verib. Naməlum şəxs 59 yaşlı Yelena İvanovanın yaşadığı mənzilin eyvanındakı dəmir qoruyucuların qıfılını qıraraq evə soxulub. Rus dilində danışa bilməyən, yalnız Azərbaycan dilinin sözlərindən istifadə edən soyğunçu 5-6 saat mənzildə olub, qadını döyüb, söyüb, boğub, bıçaqla boğazını kəsəcəyini, iplə tavandan asacağını bildirib.

Polisin apardığı təxirəsalınmaz tədbirlər nəticəsində hadisənı törədən şəxs Nardaranda tapılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nuqzar hələ futbol oynadığı dönəmdə İnna Kvirtiya adlı modellə ailə həyatı qurub, birgə nigahdan Qabriel adlı qız övladları var. Karyerasını başa vurmasına baxmayaraq, Kvirtiya hələ də Bakıda yaşayır, topla fristayl idman növünün təbliği ilə məşğuldur. //Offsideplus.az

222