Gədəbəydə ikimərtəbəli ev yanıb

 20:23 17.04.2021     486

Gədəbəy rayonunun Miskinli kəndində ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.