Sabirabadda ev yanıb - FHN

Sabirabadda yaşayış evi yanıb.
Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumatına görə, hadisə rayonunun Yenikənd kəndində qeydə alınıb. Ümumi sahəsi 192 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb