Sabirabadda yanğın olub - FHN

 09:03 18.04.2021     1099

Sabirabad rayonunda yanğın hadisəsi baş verib.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə rayonun Quruzma kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 152 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində taxta atmalar və tavana çəkilmiş şüşə-pambıqdan ibarət üzlük 26 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.