SON DƏQİQƏ: Bakıda güclü yanğın - FHN

 10:02 18.04.2021     2133

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu və mebel 0,5 m² sahədə yanıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.