Lənkəranda bacı bacını bıçaqlayıb

 17:56 18.04.2021     634

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az bildirir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. //Report.az