Qazaxda ağır yol qəzası - Xəsarət alanlar var

 18:12 18.04.2021     355

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə hadisə rayonun Şıxlı kəndində qeydə  alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarə etməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 2002-ci il təvəllüdlü Qasımzadə Elcan Nadir oğlu və 2003-cü il təvəllüdlü Məmmədov Ruzi Şükür oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //APA