Bakıda yol qəzası - Xəsarət alan var

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Ziya Bünyadov prospektində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü, Hüseynov Xətai Xəqani oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona bədənin müştərək travması və açıq kəllə-beyin travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır. //Report.az