Gəncədə yol qəzası: Xəsarət alanlar var

 08:43 19.04.2021     116

 Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 Hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə digər minik maşını toqquşub. Qəza zamanı 1983-cü il təvəllüdlü Həsənov Ramin Rafiq oğlu ,1967 ci il təvəllüdlü Məmmədov Əvəz Hüseynalı oğlu və 1957 ci il təvəllüdlü Əsədov Naib Hüseyn oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

  Faktla bağlı araşdırma aparılır. //APA