Tovuzda çayxana yanıb - FOTO

 20:30 19.04.2021     331

Tovuzda yanğın hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Qovlar şəhərində parkdakı çayxanada qeydə alınıb.

Sözügedən parkda 1944-cü il təvəllüldü Sahib Zeynalova məxsus yarımtikilidə yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş verməsi səbəbləri araşdırılır. //APA 

222
Vumart və Güvən reklamı Vumart Güvən