Qəbələdə elektrik cərəyanı ustanı vuraraq öldürüb

 21:40 19.04.2021     415

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki elektrik yarımstansiyalarından birində qeydə alınıb.

Belə ki, yarımstansiyanın işçisi, 1959-cu il təvəllüdlü Nəsir Yusif oğlu Yusifov 3 saylı 10 kilovoltluq qapalı paylayıcı qurğuda işləyərkən dünyasını dəyişib. İlkin ehtimala görə, ustanın ölümünə elektrik cərəyanı vurması səbəb olub.

Faktla bağlı araşdırma aparılır. //Report

Vumart və Güvən reklamı Vumart Güvən