Dördüncü kurs tələbəsi intihar edib

 23:21 19.04.2021     451

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsi Paşa Mehdiyev intihar edib.

Redaktor.az-ın məlumatına görə, hadisə Tovuzun Aşağı Öysüzlü kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü P.Mehdiyevin hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.

Qeyd edək ki, özünü asaraq intihar edən tələbə AzDBTİA-da futbol ixtisası üzrə təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır.