Kürdəmirdə ölümlə nəticələnən yol qazası - FOTO

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər ki, hadisə rayonun Dördyol adlanan ərazisində qeydə alınıb.
Belə ki, Zəngilan rayon sakini, 1962-ci il təvəllüdlü Dərgah İsa oğlu Ağayev idarə etdiyi "Azpetrol" şirkətinə məxsus iri tutumlu yanacaq daşıyan avtomobillə hərəkətdə olarkən həmin ərazidə yolu keçmək istəyən piyadanı vurub. Sürücü əyləc sistemini işə salsa da, avtomobilin təkərləri arasında qalan piyadanı bir neçə metr sürüyüb. Nəticədə dünyasını dəyişən piyadanın baş və bədəninin müəyyən hissəsi əzildiyi üçün şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. //Report.az




