Bu VİDEO Bakıda çəkilib - Görün nə baş verir...

 11:02 20.04.2021     579

Bakıda bir nəfər polislə mübahisə etdikdən sonra özünü öldürmək istəyib.

Redaktor.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Xarici olduğu iddia edilən həmin şəxs maska taxmadığı üçün polis tərəfindən cərimə edilib. O, buna etiraz edib.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-dən bildirildi ki, yayılan videgörüntülərdəki  şəxs tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşlarının qanuni tələblərinə etinasız yanaşıb, özünü xarici ölkə vətəndaşı kimi təqdim edib.

Buna baxmayaraq, polis tərəfindən onun barəsində protokol tərtib olunub. Məlum olub ki, həmin şəxs xarici ölkə vətəndaşı yox, Gəncə şəhər sakindir. Hazırda onun barəsində təhqiqat araşdırmaları davam etdirilir. //Baku.ws

Vumart və Güvən reklamı Vumart Güvən