Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, aprelin 20-də saat 10 radələrində Kürdəmir şəhəri ərazisində Bakı şəhər sakini D.Ağayev idarə etdiyi “MAN” markalı yük avtomobili ilə yolu keçən rayon sakini X.Səməndərovu vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.