Sumqayıt sakini Mingəçevirdə özünü su anbarına atıb

 20:27 21.04.2021     387

Sumqayıt sakini Mingəçevirdə intihara cəhd edib.

Redaktor.az-ın məlumatına görə, hadisə Mingəçevir Su Anbarı ərazisindəki çımırlikdə baş verib.

1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İsayev Fəxrəddin İsa oğlu  özünə qəsd məqsədilə özünü su anbarına atıb.Sahildə olan FHn dalğıc xilas etmə qrupunun sayıqlığı nəticəsində intiharın qarşısı alınaraq özünü öldürmək istəyən şəxs sahilə çıxarılıb.Daha sonra həmin şəxs kəsici alətlə qollarını doğrayıb.Hadisə yerinə cəlb olunan həkim briqadası yaralıya yerindəcə tibbi yardım göstərib.Faktla bağlı araşdırma aparılır. //APA 

Vumart və Güvən reklamı Vumart Güvən