Göygöl sakini sirkə turşusundan zəhərlənib

 21:48 21.04.2021     336

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

1986-cı il təvəllüdlü Sevda Alınağıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 35 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Onun hansı səbəbdən sirkə içməsi məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib. //APA