Bakıda iki avtomobil toqquşub - Xəsarət alan var

 22:18 22.04.2021     348

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Zığ yolunda iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - 1997-ci il təvəllüdlü Ağazadə Mətin Malik oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. //Report