Xaçmaz sakini münaqişə zəminində bıçaqlanıb

 22:42 22.04.2021     424

Xaçmazda 34 yaşlı şəxs bıçaqlanıb. 

Redaktor.az-ın məlumatına görə, Xaçmaz rayonu, Qalağan kənd sakini, 1987-ci il təvəllüdlü Müşfiq Rəsulov münaqişə zəminində müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir. //APA