Bakıda ağır yol qəzası: Ölən və xəsarət alanlar var / VİDEO

 08:43 23.04.2021     593

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünü yuyan AAYDA-nın əməkdaşı Nizami Məmmədovu vurub. 

Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.  

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nın əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. //APA