Yol qəzalarında 5 nəfər ölüb

 11:08 23.04.2021     67

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.