Bakıda avtomobil piyadanı vuraraq öldürüb

 12:16 23.04.2021     325

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 22-i saat 2 radələrində Nəsimi rayonu ərazisində Şəmkir rayon sakini E.Səfərli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mahir Abbasovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.