Bakıda evdən 15 kiloqram narkotik götürülüb

 13:30 23.04.2021     65

Bakıda mənzildən külli miqdarda narkotik vasitə aşkarlanıb. 

Redaktor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında, keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Hüseynov Binəqədi rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 29 qramdan artıq heroin, 19 qramdan artıq metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 kiloqram 135 qram heroin, 2 kiloqramdan artıq metamfetamin və 868 qramdan artıq tiryək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.