DSX-nın qarşısında avtomobil yanıb - VİDEO

Ötən gecə saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin aparatının inzibati binasının qarşısında “Opel” markalı 90 RB 178 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mühərrik hissəsində yanğın baş verib.
Redaktor.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusu və ərazidəki polis əməkdaşları çevik müdaxilə edərək yanğınsöndürmə balonları vasitəsilə saat 23:16-da yanğının söndürülməsinə nail olublar.
Hadisə zamanı xəsarət alan olmayıb. //Oxu.az