Gəncədə zəncirvari qəza - Ölən və xəsarət alan var

 21:27 23.04.2021     235

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115", "Mercedes" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı 1980-ci il təvəllüdlü İsayeva Hicran Nurəddin qızı dünyasını dəyişib, 1973-cü il təvəllüdlü Mirzəyev Ceyhun Arif oğlu isə xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. //APA