Bakıda yol qəzası - Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Xan Şuşinski küçəsində motosikletlə avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Sadıqov Fuad Fərhad oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi diaqnozu qoyulub. //Report.az