Astarada 8 otaqlı ev yanıb

Astarada 8 otaqlı evdə yanğın olub.
Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Şəmətük kəndində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.