Bakıda qadın əri tərəfindən bıçaqlanıb

 09:02 25.04.2021     316

Bakının Sabunçu rayonunda qadın mübahisə zəminində bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1997-ci il təvəllüdlü Hacıyeva Aygün Səddrəddin qızı əri ilə mübahisə edən zaman qarın və bədən nahiyələrindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. //APA