Bakıda gənc qızı avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Yeni Günəşli qəsəbəsində yolu keçən 2009-ci il təvəllüdlü Rəhimli Fatimə Fazil qızını avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır. //Report.az