Şəmkirdə yas mərasimi keçirmək istəyənlər saxlanılıb - FOTO

 12:37 25.04.2021     116

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edəndə də daxil olmaqla 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Digər iştirakçılarla bir daha profilaktiki söhbətlər aparılıb, karantin rejiminə riayət etmələri barədə xəbərdarlıq edilib.

22