Bakıda konteyner yanıb - Xəsarət alan var

 20:44 25.04.2021     316

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 6 m² olan konteynerin içərisində məişət tullantıları yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.