Bakıda FACİƏ: Ölən və xəsarət alan var / YENİLƏNİB

 18:18 26.04.2021     1166

Bakıda tikintidə baş verən hadisə nəticəsində 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən fəhlənin kimliyi məlum olub.

Xəstəxanadan Redaktor.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxs, 1983-cü il təvəllüdlü Ariz Əhmədovdur. O qabırğa sınığı ilə bağlı xəstəxanaya daxil olub, ilkin tibbi yardım göstəriləndfən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağırdır.

Xatırladaq ki, hadisə bu gün paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 29 ünvanında baş verib. Həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında qaldırıcı qurğunun qırılması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.

16:13

Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb. Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Trend.az