Astara sakinlərindən narkotik götürülüb - FOTO

 17:45 26.04.2021     71

Astara Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 26 kiloqamdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a bildirilib ki, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Elvin Ağayev və əvvəllər məhkum olunmuş Sədail Mövlanov saxlanılıblar.

Keçirilən baxış zamanı S.Ağayevin üzərindən 3 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb. E.Ağayevin yaşadığı evə və həyətdəki yardımçı tikililərə keçirilən baxış zamanı isə ayrı-ayrı bağlamalarda ümumilikdə 23 kiloqram 510 qram narkotik vasitə heroin və 3 kiloqrama yaxın tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və onun deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

222