Paytaxtda avtobusla motosiklet toqquşub

 21:15 26.04.2021     96

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, motosikletlə avtobusun toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Musayev Kənan Musa oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub. //Report