Ağcəbədi rayonunda minaya düşən Xocavənd sakini Bakıya göndərilib

 22:46 26.04.2021     353

Bu gün Ağcabədi rayon sakinləri Şahin Verdiyev, qardaşı Aydın və Firdovsi Quliyev nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərərkən minaya düşüblər.

Redaktor.az-ın məlumatına görə, qəlpə yarası ilə Ağcəbədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Xocavənd rayon Muğanlı kənd sakini, 1974-cü il təvəllüdlü Quliyev Firdovsi İdris oğlu Bakı şəhərinə göndərilib. //APA