Bakıda iki nəfəri avtomobil vurub

 23:13 26.04.2021     169

Bakının Sabunçu rayonunda iki nəfəri avtomobil vurub, birinin vəziyyəti ağırdır.

Redaktor.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

1980-ci il təvəllüdlü Səfərov Samir Mirzə oğlu və 1996-cı il təvəllüdlü Allahverdiyev Elmir Səfər oğlu yolu keçərkən onu “VAZ 2106” markalı avtomobil vurub.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib.

Onlardan S. Səfərovun vəziyyəti ağırdır. //APA