Ağstafada nişan mərasiminin qarşısı alınıb

 23:38 26.04.2021     498

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq nişan mərasimi təşkil edildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. 

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.  

Vumart və Güvən reklamı Vumart Güvən