Rusiya sülhməramlıları Qarabağda minaya düşdü - SON DƏQİQƏ

 15:43 27.04.2021     577

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin avtomobili minaya düşüb.

Redaktor.az-ın məlumatına görə, avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində iki rus hərbçi yaralanıb.

Hazırda tibbi mərkəzdə həkim nəzarətində olan hərbçilərin həyati təhlükəsi yoxdur.

Hadisənin üç gün əvvəl baş verdiyi bildirilir.  //APA