Bakıda 22 yaşlı gənci avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Həsən Əliyev küçəsində 1999-cu il təvəllüdlü Məhərrəmli Ramos Elşad oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub. //Report