Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Nadirov Telman Mürsəl oğlu evlərinin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. //Report