Ağcabədidə ev yanıb - FHN

 09:44 28.04.2021     1237

Ağcabədi rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, rayonun Şotlanlı kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.