Lənkəranda qayınana hamilə gəlinini VƏHŞİCƏSİNƏ döydü - VİDEO

Lənkəranın Yuxarı Nüvədi kəndindən dəhşətli görüntülər yayılıb.
Redaktor.az xəbər verir ki, sosial mediada yayımlanan görüntülərdə qayınananın gənc gəlinini vəhşicəsinə döydüyü əks olunub.
Baş verən hadisəni çəkən şəxs belə mənzərənin tez-tez şahidi olduğunu deyib.
Qayınanası tərəfindən mütamadi olaraq döyülən gəlinin hamilə olduğu deyilir.
Aysel Hacıyeva / Redaktor.az