Xaçmazda 62 yaşlı kişi intihar etdi

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Qusarçay kəndində qeydə alınıb.
Kənd sakini 1959-cu il təvəllüdlü Əlimərdanov Rafiq Sabir oğlu özünü yaşadığı evin həyətində ağacdan asaraq öldürüb.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. //Oxu.az