Bakıda minik avtomobili aşıb - Xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda ”Nissan” markalı minik avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.
Redaktor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.