Bakıda binada yanğın: Sakinlər təxliyyə olundu

 09:37 29.04.2021     454

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb. Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən