Xırdalanda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda dava baş verib.
Redaktor.az xəbər verir ki, 10-TG-080 dövlət qeydiyyat nişanlı avtobusa arxa qapıdan daxil olan sərnişinə sürücü marşrut xəttinin kart sistemi ilə fəaliyyət göstərdiyini və ön qapıdan daxil olaraq ödəniş etməsini bildirib.
Bunu qəbul etməyən sərnişin sürücüyə hücum edib, ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verilib. //Report