Bərdədə transformator, Gədəbəydə ev yanıb

 09:24 30.04.2021     567

Bərdə rayonunda transformatorun 4 ədəd açarı və çıxış kabeli 20 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gədəbəy rayonunun Xarxar kəndində ümumi sahəsi 42 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.