Bakıda evlərə basqın edən bu qız kimdir? - VİDEO

 16:05 30.04.2021     603

Paytaxtda evə basqın edən şəxslər saxlanılıb.

Redaktor.az xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən evlərdən birində baş verib. Zərərçəkən şəxs Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 26 aprel tarixində yaşadığı mənzildə tək olan zaman bir qadın mənzilin qapısını döyüb. O, qonşu olduğunu və Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini deyib.

Ev sahibəsi qapını açandan sonra pusquda dayanan iki nəfər naməlum şəxs mənzilə daxil olub. Əllərində olan bıçaqla onu hədələyərək pul və zinət əşyaları tələb ediblər.

Daha ətraflı videodan izləyin:

Aysel Hacıyeva / Redaktor.az