Masallıda ər və arvad bıçaqlanıb

 19:15 30.04.2021     657

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Təxminən 20-25 yaşlarında olan ər və arvadı qohumları evə gələndə huşsuz vəziyyətdə döşəməyə yıxılmış formada tapıblar. Hər ikisinin bıçaq xəsarətləri aldığı bildirilir. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, eləcə də xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Vumart və Güvən reklamı Vumart Güvən