Tovuzda avtomobil qəzası olub - Xəsarət alanlar var

 23:26 30.04.2021     382

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Qəza zamanı 2 nəfər - Bakı şəhər sakini - 2002-ci il təvəllüdlü Səffar Xəlilov və Tovuz rayon sakini - 2009-cu il təvəllüdlü Nurlan Rüstəmov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır. //Report